Misir Vətəndaş İnkişafı Fəaliyyəti Milli Alyansı Misir Səhiyyə Nazirliyi ilə koordinasiyalı olaraq ölkə daxilində fələstinlilər üçün qanvermə kampaniyası başlatdıqlarını açıqladı.
Qaziler.az bildirir ki, xeyriyyə Təşkilatı Qəzza zolağında Fələstin xalqı üçün başlatdıqları qanvermə kampaniyası ilə bağlı açıqlama yayıb.
Açıqlamada: "Misirin müxtəlif universitetlərində və bütün qubernatorluqlarında "Bir damcı qan bir cana bərabərdir" şüarı ilə genişləndirilmiş qanvermə kampaniyası başladıldı" - deyilir.
Açıqlamada bütün Misir xalqına qanvermə kampaniyasında iştirak etmək çağırışı edilib. “Bölgədə vəziyyət düzələnə qədər Fələstin xalqına dəstək səylərinin davam edəcəyi və hər cür humanitar yardımın göndəriləcəyi vurğulanıb. "
Məlumatda sözügedən kampaniyanın Misir prezidenti Əbdülfəttah əs-Sisinin göstərişlərinə uyğun olaraq başladığına dair məlumatlar da yer alıb.
Digər tərəfdən, Misir yerli mətbuatında yer alan xəbərlərə görə, Fələstinə yardım toplama kampaniyaları digər yardım təşkilatları tərəfindən də başladılıb.
QAZİLER,AZ