Fransada Birinci Kanalın keçmiş əməkdaşı Marina Ovsyannikovanın mümkün zəhərlənməsi ilə bağlı araşdırmalara başlanılıb.
Qaziler.az xəbər verir ki, bu barədə məlumatı “Le Figaro” yayıb.
Nəşrin məlumatına görə, Ovsyannikova oktyabrın 12-də evinin qapısında naməlum toz tapıb və bundan sonra özünü pis hiss etdiyini deyib.
Qadın zəhərləndiyinə əmindir. Onun şikayətləri əsasında Paris prokurorluğu araşdırmaya başlayıb, Ovsyannikovanın yaşadığı mənzildən nümunələr götürülüb.
Qeyd edək ki, oktyabrın 4-də Moskvanın Basmannı məhkəməsi Ovsyannikovu Rusiya Silahlı Qüvvələri haqqında yalan məlumat yaymaqda təqsirli bilib. Jurnalist qiyabi olaraq ümumi rejimli koloniyada 8,5 il müddətinə azadlıqdan məhrum edilib. O, Avropa ölkələrindən birində gizlənir və beynəlxalq axtarışdadır. Məhkəmə həmçinin Ovsyannikovu informasiya və telekommunikasiya şəbəkələrinin internet saytlarının administrasiyası ilə bağlı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edib. Məhdudiyyət dörd il müddətində qüvvədə olacaq.
QAZİLER.AZ