Çeçenistan rəhbəri Kadırov oğlu tərəfindən döyülən Juravellə görüşündən videoçarx nümayiş etdirib.
Qaziler.az bildirir ki, siyasətçi müvafiq videonu Telegram-da yayımlayıb.
Kadrlarda Juravel İslamın öyrənilməsindən bəhs edir. “Sən bunu ürəkdən demirsən. Gözlər harasa yanlış istiqamətə baxır”, - deyə Kadırov cavabında bildirib.
Onun sözlərinə görə, Juravel müsəlmanları təhqir etmək üçün qəsdən Quranı yandırıb.
“Hələ həbs olunmazdan əvvəl belə dialoqlara hazır idi və əvvəlcədən əzbərlədiyi bir cümləni təkrarladı ki, guya tədricən İslamı qəbul etməyə yaxınlaşırdı. Yalan danışanda və başqa mövzularda oyun oynamağa çalışanda onun istəyinin səmimiliyinə qəti şəkildə şübhə edirdim”, - deyə siyasətçi videoya şərh yazıb.
İnsan Hüquqları üzrə Müvəkkil Tatyana Moskalkova Juravelin avqustun 16-da Kadırovun oğlu tərəfindən döyülməsi ilə bağlı şikayətindən danışıb. Ombudsman qeyd edib ki, o, Çeçenistandan olan həmkarı Mansur Soltayevə bu şikayətlə bağlı araşdırma aparılması, habelə döyülmə faktlarının tibbi ekspertizasına və şahidlərin ifadələrinə diqqət yetirilməsi xahişi ilə müraciət edib.
QAZİLER.AZ