Sinqapurdan Avstraliyaya uçan təyyarə bomba xəbərdarlığından sonra geri qayıdıb

Sinqapurdan Avstraliyaya uçan təyyarə bomba xəbərdarlığından sonra geri qayıdıb backend

Sinqapurdan Avstraliyaya uçan təyyarə bomba xəbərdarlığı aldıqdan sonra Sinqapur Çanqi hava limanına qayıdıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Sinqapurda yerləşən Scoot hava yolu şirkəti tərəfindən verilən açıqlamaya görə, Avstraliyanın Perth şəhərinə gedən təyyarə Sinqapur Çanqi hava limanından qalxdıqdan bir saat sonra bomba təhlükəsi alıb.

Bildirişdən sonra təyyarə Sinqapura qayıdıb.

Açıqlamada təhlükəsizlik tədbirləri çərçivəsində təyyarəni hava limanına Sinqapur Hərbi Hava Qüvvələrinə aid bir reaktivin müşayiət etdiyi, içərisində 363 sərnişin və 11 nəfərlik heyət olan təyyarənin Çanqi hava limanına təhlükəsiz eniş etdiyi bildirilib.

Açıqlamada, təyyarə hava limanına endikdən sonra təhlükəsizlik yoxlamalarının aparıldığı, istintaqın davam etdiyi səbəbi ilə hadisə ilə bağlı əlavə məlumat verilmədiyi bildirilib.

QAZİLER.AZ

Diaspora