Bədənini deşən paslı metal çubuğun üzərinə düşən bağban sağ qaldı

Bədənini deşən paslı metal çubuğun üzərinə düşən bağban sağ qaldı backend

Almaniyada bir bağban metal çubuğun üzərinə yıxılsa da sağ qala bilib.

Almaniyadan olan 55 yaşlı bağban oğlunun və həkimlərin çevik hərəkətləri sayəsində metal çubuğun üzərinə yıxılsa da sağ qalıb.

Qaziler.az bildirir ki, bu barədə “Metro” məlumat yayıb.

Frenk Vaorin Kuksxafen şəhərində evinin yaxınlığında nərdivanda dayanıb ağacları budayarkən yıxılaraq yeddi santimetr enində paslı çubuqun üzərinə düşüb. Çubuq kişinin bədənini  bir neçə santimetr deşib, gövdədən keçib və sinəsini deşib. “Ayaqlarım havada çubuqdan asıldığımı xatırlayıram. Oğlum tez ayağımın altına nəsə qoydu ki, çubuq daha da irəli getməsin” - Vaorin deyir.

Zərərçəkənin oğlu dərhal xilasediciləri çağırıb. Xilasedicilər dirəyi kəsib, sonra Vaorini tibb işçilərinə təhvil veriblər. Kişi xəstəxanaya aparılıb, oradan paslanmış çubuq bədənindən çıxarılıb. Çubuğun heç bir həyati orqanı zədələmədiyi qeyd edilir. “Çubuğun heç bir orqana zərər verməməsi əsl möcüzədir. Bütün karyeram boyu belə bir halla rastlaşmamışam”, - əməliyyatı edən cərrah deyir.

Vaorin hazırda xəstəxanada müalicə olunur. 

QAZİLER.AZ

Diaspora