Çinin avtomobil istehsalçısı özünü müflis elan edib

Çinin avtomobil istehsalçısı özünü müflis elan edib backend

Dünyanın ən böyük elektrik avtomobil bazarı olan Çində son zamanlar ciddi rəqabət var. Son zamanlar qiymət rəqabəti getdikcə daha da şiddətlənib və bəzi brendlər buna uyğunlaşmaqda çətinlik çəkirlər.

Bu brendlərdən biri olan Çinin “WM Motor” şirkəti özünü ölkəsində müflis elan etməli olub. Hazırda Şanxay məhkəməsi iflas işinə baxır.

Avtomobil istehsalçısı bildirib ki, son illər epidemiyanın təsiri, kapital bazarındakı durğunluq, xammalda böyük qiymət dalğalanmaları və elmi-tədqiqat işlərinə tələb olunan kapitalın əldə edilməsində yaranan axsamalar şirkəti çıxılmaz vəziyyətə salıb.

2015-ci ildə Freeman Shen tərəfindən qurulan “WM Motor” Çinin yüksələn “Nio”, “Li Auto” və “Xpeng” elektrik avtomobil startapları arasında yer alıb.

QAZİLER.AZ

Diaspora