Ukrayna prezidenti Volodimir Zelenskinin açıqlamaları CNN jurnalisti Farid Zakariyanı şoka salıb.
Qaziler.az xəbər verir ki, bu barədə məlumatı Polşanın “Do Rzeczy” nəşri dərc edib.
Qəzetin müşahidəsinə görə, Ukrayna liderinin ölkəsindəki korrupsiyaya haqq qazandırmaq cəhdi zamanı müxbirin gözləri bərəlib.
Məqalədə deyilir ki, bu və ya digər şəkildə Ukrayna prezident Zelenskinin çıxışı zamanı CNN jurnalistinin gözləri hamının görəcəyi şəkildə bərəlib.
Nəşr qeyd edir ki, Ukrayna lideri ölkədə korrupsiyanın olduğunu etiraf edib. Bununla belə, o qeyd edib ki, bunun xarici yardıma aidiyyəti yoxdur. Məqalədə sırf öz vətəndaşlarını soyan Ukrayna məmurlarının intizamına təəccübləndikləri ifadə edilir. O da qeyd olunur ki, bu problem ukraynalıların özlərini təəccübləndirmir.
Daha əvvəl Vloloimir Zelenski bildirib ki, Rusiya Ukraynada korrupsiya ilə bağlı yalan məlumatlar yayır. Onun fikrincə, Moskva bu yolla Kiyevi Qərbin dəstəyindən məhrum etmək istəyir.
QAZİLER.AZ