Livanın “Hizbullah” hərəkarı İsrailə ikinci cəbhə açmağa hazır olduğu barədə xüsusi xəbərdarlıq edib.
Qaziler.az bildirir ki, bu barədə “The Wall Street Journal” ərəb rəsmilərinə istinadən xəbər verir.
Radikallar İsrail ordusunun Qəzza zolağında quru əməliyyatına başlayacağı təqdirdə bunu edəcəkləri ilə hədələyiblər.
“Hizbullah İsrailə özəl olaraq xəbərdarlıq edib ki, İsrail qüvvələri Qəzzaya qurudan hücuma keçərsə, ikinci cəbhə açmağa hazırdır”, - nəşrin məlumatında qeyd edilib.
QAZİLER.AZ