Fələstinin HƏMAS qrupu İsraillə münaqişədə Vaşinqtonun Ukraynaya göndərdiyi Amerika silahlarından istifadə edir.
Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, bu barədə “dikGAZETE” məlumat yayıb.
Bildirilib ki, Ukrayna hərbçiləri üçün nəzərdə tutulan silahlar fələstinlilərin əlinə keçib və hazırda İsrail ordusu ilə döyüşlərdə istifadə olunur.
Ukraynaya xaricdən gələn və öz ərazisində istifadə edilməli olan silahlar Fələstinə çatıb və indi İsrailə qarşı istifadə olunur. Bunu həm HƏMAS-ın özü, həm də amerikalı konqresmenlər təsdiqləyir”, nəşrdə qeyd edilib.
QAZİLER.AZ