İsrailin Sderot şəhərindən 30 mindən çox insan təxliyə edilib

İsrailin Sderot şəhərindən 30 mindən çox insan təxliyə edilib backend

İsrailin Sderot şəhərinin meri Alon Davidi yerli sakinlərin tam təxliyə edildiyini açıqlayıb.

Qaziler.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” xəbər verib.

Telekanalın məlumatına görə, HƏMAS qruplaşmasının raket atəşinə məruz qalan qəsəbənin əhalisi 30 min nəfəri ötüb.

Sderot İsrailin cənubunda, demək olar ki, Qəzza zolağı ilə sərhəddə yerləşir. Bu şəhərdə döyüşlər gedirdi və oktyabrın 7-də axşam saatlarında İsrail ordusu Sderot üzərində nəzarəti geri qaytardığını elan etdi. Yaşayış məntəqəsi HƏMAS-ın raket hücumlarına məruz qalmaqda davam edir.

QAZİLER.AZ

Diaspora