Böyük kəşfiyyat gücünə malik olan ABŞ hökuməti HƏMAS hərəkatının hazırladığı hərbi əməliyyatdan xəbərsiz ola bilməzdi.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Necə ola bilər ki, HƏMAS-ın müvafiq əməliyyata hazırlaşdığı bir il ərzində, yəni bir il davam etmiş hazırlıq dövründə belə bir kəşfiyyat gücünə malik olan Amerika Birləşmiş Ştatları bundan xəbər tutmayıb?.. Bəli, heç cür belə bir şey baş verə bilməzdi, bu mümkün deyil”, - deyə o bildirib.
Mənbə: TASS