Rusiyada 17 yaşlı oğlan hücum etdiyi 3 nəfərdən birini öldürüb, digərini ağır yaralayıb

Rusiyada 17 yaşlı oğlan hücum etdiyi 3 nəfərdən birini öldürüb, digərini ağır yaralayıb backend

Volqoqradlı 17 yaşlı yeniyetmə bıçaqla 3 kişiyə hücum edərək onlardan birini öldürüb.

Qaziler.az bildirir ki, bu barədə oktyabrın 11-də Rusiya Federasiyası İstintaq Komitəsinin regional idarəsinin saytında məlumat verilib.

Hadisə  gənc oğlan 30 yaşlı tanışı ilə görüşüb aralarındakı münaqişəni həll etmək üçün Joludeva küçəsində yerləşən yaşayış binalarından birinə yaxınlaşarkən baş verib.

Onlar zirzəmiyə giriblər və orada yeniyetmə kişini döyməyə başlayıb. Zərərçəkənin 38 yaşlı tanışı davanı dayandırmağa çalışıb. Lakin yeniyetmə bıçağı çıxararaq ona hücum edib və bədəninin müxtəlif nahiyələrinə azı 6 zərbə endirib.

Yeniyetmə zirzəmidən çıxanda bir müddət əvvəl binadan çıxan 33 yaşlı kişi onu saxlamağa çalışıb. Gənc onun ürəyinə bıçaq zərbəsi endirib, nəticədə o, yerindəcə keçinib.

Yeniyetmə saxlanılıb. Onun barəsində cinayət işi başlanıb.

QAZİLER.AZ

Diaspora