İqor Klimenko komendant saatının pozulmasına görə inzibati cəzaların sərtləşdirilməsini təklif edib. O, artıq hazırlanmış qanun layihəsinin təfərrüatlarını açıqlayıb.
Qaziler.az Ukrayna mətbuatına istinadən bildirir ki, Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri İqor Klimenko telemarafon zamanı bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları deputatları ilə birlikdə qanun layihəsi hazırlayıblar. O xatırladıb ki, komendant saatı vətəndaşların hərəkətinə məhdudiyyətdir.
Klimenko bildirib ki, qanun layihəsi artıq hazırdır. O, oktyabrın 12-də Ali Radanın Hüquq-mühafizə fəaliyyəti üzrə komitəsinə göndərilməlidir.
Daxili İşlər Nazirliyinin rəhbərinin izah etdiyi kimi, qanun layihəsində obyektlərin qadağan olunmuş saatlarda fəaliyyət göstərməsinə görə mülkiyyətçilərin və fərdi sahibkarların cərimələnməsi təklif edilir. O, vurğulayıb ki, söhbət konkret olaraq inzibati cəzadan gedir. Sənəddə ilk pozuntuya görə 34 170 qrivna cərimə nəzərdə tutulur. Bir il ərzində pozuntular təkrarlanarsa, cərimə 340 680 qrivna olacaq.
QAZİLER.AZ