Qazaxıstanın ali müftisi: Dombra çalmaq haram deyil

Qazaxıstanın ali müftisi: Dombra çalmaq haram deyil backend

Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin sədri, Qazaxıstanın ali müftisi Naurızbay kaji Taqanulı qazaxıstanlılara islamda dombra çalmağın günah hesab edilib-edilmədiyini izah edib,

Qaziler.az bildirir ki, bu barədə Qazaxıstan mətbuatında məlumat verilib.

- Əvvəllər bu məsələ ilə bağlı izahat verilmişdi. Sülh və Barışıq Sarayında Peyğəmbərin şərəfinə bir sıra tədbirlər keçirilib, orada dombra və digər milli musiqi alətləri ifa olunub. Dombra haram deyil”, – Naurızbay Taqanuli Dünya və Ənənəvi Dinlər Liderləri Konqresi Katibliyinin 21-ci iclasından sonra jurnalistlərə bildirib.

QMRİ rəhbəri Təhsil Nazirliyinin məktəblərdə hicab qadağası ilə bağlı qərarına da münasibət bildirib.

“Sülh və birlik bizim əsas prioritetimiz olaraq qalmalıdır. Bu məsələyə gəlincə, düşünürəm ki, məsələni məktəb müəllimləri ilə həll etmək daha məqsədəuyğundur. Şəriət qanunlarına görə qızlar həddi-büluğa çatanda hicab taxmalıdırlar. Bizim doqquz mədrəsəmiz var ki, hicab taxmaq istəyən qızlar üçün imkan yaradılıb. Təbii ki, orada İslam dini də, dünyəvi məktəb təhsili də öyrədilir”, - deyə müfti əlavə edib.

QAZİLER.AZ

Diaspora