Belçikanın baş naziri ölkəsinin Rusiya almazlarının idxalına qadağa qoymayacağını bildirib.
Qaziler.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Belçika Rusiya almazlarının idxalına qoyulan qadağanı təxirə salmaq qərarına gəlib. TASS-ın məlumatına görəi, bu barədə Avropa ölkəsinin baş naziri Aleksandr De Kroo bildirib.
Belçika G7-nin izlənilmə mexanizmi qüvvəyə minənə qədər Rusiyadan qiymətli daşların idxalına qadağa qoya bilməz. De Kroo Brüsseldə Ukrayna prezidenti Vladimir Zelenski ilə keçirdiyi mətbuat konfransında bildirib ki, buna Belçika qadağa tətbiq etsə, Rusiya almazı digər bazarlara çıxacaq.
QAZİLER.AZ