Sankt-Peterburqda tütün borusundan tapılan 0,08 qram marixuanaya görə narkotik qaçaqmalçılığı ittihamı ilə Gürcüstan vətəndaşı saxlanılıb.
Qaziler.az bildirir ki, bu barədə Nikolay Levşits məlumat yayıb.
"Sankt-Peterburqun "Pulkovo" hava limanının sərhədçiləri həmin şəxsin üzərindən təmizlənməmiş siqaret borusu aşkar ediblər və o, ekspertizaya təqdim olunub. Daha sonra laboratoriyada tütün qurğusunun divarlarında 0,08 qram marixuana aşkar edilib", - deyə məlumatda bildirilir.
Həmin şəxs narkotik qaçaqmalçılığında ittiham olunur.
QAZİLER.AZ