“Ukrayna İsraildə qalan vətəndaşlarımız üçün ilk təxliyə uçuşunu təşkil edib”.
Qaziler.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” telemarafonun efirində Ukraynanın İsraildəki səfiri Yevgeni Korniyçuka istinadən məlumat verib.
O qeyd edib ki, səfirlik əhalinin ən həssas təbəqələrinə yardım göstərir. Söhbət müalicə alan vətəndaşlardan, müvəqqəti ziyarətə gedən uşaqlı vətəndaşlardan, uçuşları ləğv edilən turistlərdən gedir.
Korniyçuk qeyd edib ki, çox güman ki, bazar günü daha bir reys planlaşdırılacaq.
Onun sözlərinə görə, evakuasiyaya kömək etmək xahişi ilə səfirliyə müraciət edənlərin ümumi sayı min nəfərə yaxındır.
QAZİLER.AZ