İsrail hakimiyyəti münaqişənin kəskinləşməsi fonunda Almaniyadan hərbi yardıma ehtiyac duymadıqlarını bildirib.
Qaziler.az “NTV” telekanalına istinadla xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius məlumat verib.
Almaniyalı nazir israilli həmkarı Yoav Gallanta, eləcə də İsrailin Almaniyadakı hərbi attaşesinə dəstək təklif etməsinə aydınlıq gətirib.
“Hər ikisi indiyədək hərbi və texniki dəstəyə ehtiyac duymadıqlarını bildiriblər. Söhbət siyasi dəstəkdən gedir”, - Pistorius vurğulayıb.
O qeyd edib ki, Berlinin İsrailə siyasi dəstəyi danılmazdır. Almaniyanın müdafiə naziri Almaniyanın ölkəyə humanitar yardım göstərməyə hazır olduğunu qeyd edib.
QAZİLER.AZ