Alman avtomobil istehsalçısı “Volkswagen” məhsul çeşidində ən ucuz modelin istehsalını dayandırdığını açıqlayıb.
Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, 2011-ci ildə təqdim edilən “Volkswagen Up” markanın Slovakiyadakı fabrikində istehsal edilib. Ömrü 12 il olan model üçün indi yolun sonu görünür.
Əslində “Volkswagen Up” modeli bu ilin yanvarında satışdan çıxarılıb.
Şirkət tələbin təklifi üstələdiyi üçün bunun müvəqqəti addım olduğunu iddia etsə də, sonradan avtomobil heç vaxt satışa çıxarılmayıb.
Beləliklə, “Volkswagen Up” 2020 və 2021-ci illərdə istehsalı dayandırılan iki “qardaş” “Seat Mii” və “Skoda Citigo” ilə eyni taleyi paylaşıb.
Bu üç modelin istehsalının dayandırılmasının səbəbi hazırda istehsalçılar üçün ən aşağı mənfəət marjasına malik olan A seqmentinin populyarlığını itirməsidir.
Digər səbəb isə odur ki, onlar çoxlu təhlükəsizlik sistemləri ilə, həmçinin ən son ekoloji standartlara cavab verən mühərriklərlə təchiz olunmalıdırlar.
Firuzə Alimova
QAZİLER.AZ