“NATO-ya üzv olan bütün ölkələr Ukraynanın gələcəkdə alyansa üzv olmasına razıdırlar”.
Qaziler.az xəbər verir ki, UNİAN müxbirinin verdiyi məlumata görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə NATO-nun mənzil-qərargahında keçirilən Ukraynanın müdafiəsi üzrə təmas qrupunun (Ramşteyn-16) iclasının əvvəlində deyib.
"Biz tarixin təkrarlanmamasını təmin etmək üçün uzunmüddətli proqram tətbiq etməliyik. Bu münasibətlə bütün müttəfiqlər Ukraynanın NATO-ya üzv olmasına razıdırlar", - Stoltenberq vurğulayıb.
Alyansın baş katibi xatırladıb ki, iyulda Vilnüsdə keçirilən sammitdə üzv ölkələr Ukraynanın Üzvlük Fəaliyyət Planını yerinə yetirməsi tələbini aradan qaldırıb.
QAZİLER.AZ