Mikoloq məsuliyyətə cəlb edilməmək üçün göbələk yığanlara TÖVSİYƏ etdi

Mikoloq məsuliyyətə cəlb edilməmək üçün göbələk yığanlara  TÖVSİYƏ etdi backend

Mikoloq, Rusiya Göbələk Toplayanlar İttifaqının rəhbəri Mixail Vişnevski bütün göbələk yığan həvəskarlara cinayət məsuliyyətinə cəlb edilməmək üçün regional Qırmızı Kitabları diqqətlə öyrənməyi tövsiyə edib.

Qaziler.az xəbər verir ki, bu barədə o “NEWS.ru” ilə söhbətində danışıb.

O, oktyabrın 12-dən “Qırmızı kitab”a daxil edilmiş bitki və göbələklərin qanunsuz toplanmasına görə cinayət məsuliyyəti haqqında qanunun qüvvəyə minəcəyi ilə bağlı yayılan məlumatlara belə münasibət bildirib:

“Qırmızı Kitaba düşən göbələkləri adi göbələklərdən ayırmaq bəzən çox çətin ola bilər. Bəzən bu, təkcə təcrübəli göbələk toplayanlar üçün deyil, həm də bəzi mikoloqlar üçün qeyri-mümkün bir işdir. Bütün göbələk toplayanlar regional Qırmızı Kitabları götürməli və orada təsvir olunan növləri öyrənməlidirlər. Bundan sonra, meşədə onlara bənzər heç bir şeyi götürməyin. Bu, yeganə ağlabatan məsləhətdir”, - Mixail Vişnevski bildirib.

QAZİLER.AZ

Diaspora