Belarusda pedofillər məcburi müalicə olunacaqlar

Belarusda pedofillər məcburi müalicə olunacaqlar backend

Belarusda pedofiliya diaqnozu qoyulmuş şəxslər üçün məcburi müalicənin tətbiqi planlaşdırılır. Müvafiq qanun layihəsini respublikanın daxili işlər naziri İvan Kubrakov təqdim edib.

Qaziler.az “EADaily”ə istinadla xəbər verir ki, o, ölkədə müalicə olunan pedofillərə də ciddi nəzarətin olunacağını vurğulayıb.

“Məhkəmələrə pedofiliya diaqnozu qoyulmuş şəxslərin məcburi müalicəyə göndərilməsi hüququnun verilməsi təklif edilir. Onların üzərində ciddi profilaktik nəzarət aparılacaq”, - Kubrakov qeyd edib.

Nazir vurğulayıb ki, qanun layihəsi müalicə olunan şəxslərə profilaktik nəzarət standartlarının tətbiqini nəzərdə tutur. Qanun pozuntularına və ya məcburi müalicədən imtinaya görə pedofillər cinayət məsuliyyətinə cəlb olunacaqlar. Bundan əlavə, belə şəxslərin müəyyən yerlərə getməsinə və iş üçün müraciət edərkən məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur.

QAZİLER.AZ

Diaspora