İsrail Müdafiə Qüvvələri Qəzza zolağında İslam Universitetinə hücum edib.
Qaziler.az “nyus.ru”ya isitinadla xəbər verir ki, bu barədə məlumatı İsrail Silahlı Qüvvələri yayıb. Bildirilib ki, həmin yer HƏMAS qruplaşmasının üzvləri tərəfindən istifadə oluna bilərdi.
İsrail Silahlı Qüvvələrinin məlumatına görə, fələstinli radikallar üçün vacib olan bu obyektdə təlim düşərgəsi və silahların hazırlanması sahəsi yerləşib.
Hərbi ekspert Boris Rojin özünün “Telegram” kanalında universitet binasının dağıdılması ilə bağlı kadrları nümayiş etdirib.
“Bir müddət əvvəl İsrail Müdafiə Qüvvələrinə məxsus təyyarələr HƏMAS terror təşkilatının mühüm hərbi və siyasi mərkəzi olan Qəzzada İslam Universitetinə, həmçinin onların silah hazırladığı və istehsal etdiyi təhsil müəssisəsinə hücum ediblər”, - xəbərdə deyilib.
QAZİLER.AZ