İsraildə HƏMAS qruplaşmasının hücumu nəticəsində ölənlərin sayı 1 200-ə yüksəlib, yaralananların sayı isə 2 700-ü keçib.
“Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (İMO) sözçüsü Conatan Konrikus müdafiə qurumunun sosial şəbəkədəki səhifəsində canlı yayımda açıqlayıb.
Xatırladaq ki, daha öncə ölkənin “Kan” radiostansiyasının müxbiri HƏMAS-ın hücumu sonucunda 1 200 nəfərin öldüyünü, 2 900 nəfərin isə yaralandığına dair qeyri-rəsmi rəqəmlər açıqlamışdı.