Fırtınaya düşən balıqçını mürəbbə bankası xilas etdi

Fırtınaya düşən balıqçını mürəbbə bankası xilas etdi backend

Rusiya Federasiyasının tərkibində olan Kareliya Respublikasında fırtınaya düşən balıqçı xilas edilib.

Qaziler.az xəbər verir ki, bu barədə məlumatı respublikanın rəhbəri Artur Parfençikov “VKontakte” səhifəsində qeyd edib.

Hadisə Syamozeroda baş verib. Oktyabrın 7-də yaşlı kişi qayıqla balıq tutmağa gedib və fırtınaya düşüb. Yaxınları onunla telefonla əlaqə saxlaya bilməyib və təcili yardıma müraciət ediblər. Yaşlı pensiyaçı 3 gün axtarılıb və onun adalardan birinin sahilində aşmış qayığı, daha sonra isə balıqçının özü tapılıb.

“Buzlu suda balıqçı üzərək sahilə çıxa bilib. İnanılmazdır haldır, amma adada köhnə balıqçı daxması var idi və orada yarım banka mürəbbə olub. Həmçinin üzgüçülük geyimi də Viktoru xilas edib - o olmasaydı, üzmək daha çətin olardı" - Artur Parfençikov deyib.

QAZİLER.AZ

Diaspora