Barselona kruiz gəmilərinə qadağa qoydu

Barselona kruiz gəmilərinə qadağa qoydu backend

Ötən ilin sonunda Avropanın ən çirkli limanı kimi tanınan İspaniyanın Barselona şəhəri kruiz gəmilərinin şəhərin mərkəzi limanına daxil olmasını qadağan edib.

Qaziler.az xəbər verir ki, “Daily Mail”in məlumatına görə, qərar 2023-cü il oktyabrın 22-də qüvvəyə minəcək. Bundan sonra bütün kruiz gəmiləri Mall Adossat estakadası boyunca şəhərin cənub limanında dayanmağa məcbur olacaq.

Belə ki, turistlər artıq kruiz gəmilərindən birbaşa Barselonanın tarixi mərkəzində düşə bilməyəcəklər. Şəhərin mərkəzinə çatmaq üçün onlar estakadanın yanında duracaq avtobuslara minməli olacaqlar. Bu avtobuslarla gediş təxminən yarım saat çəkəcək.

Müqayisə üçün qeyd edək ki, mərkəzi limandan Barselonanın məşhur La Ramblaya küçəsinə piyada cəmi on dəqiqəyə çatmaq mümkündür.

QAZİLER.AZ

Diaspora