Taxıl embarqosu iddiası fonunda Polşa Ukraynadan taxılın tranzitini yaxşılaşdırmaq üçün istifadə olunacaq ilk taxıl terminalı tikmək niyyətindədir.
Bu barədə Qaziler.az UNİAN-a istinadla xəbər verir.
Polşanın kənd təsərrüfatı naziri Robert Telus açıqlamasında limanın Qdanskda tikiləcəyini qeyd edib. Dövlət aqro-ərzaq investisiya şirkəti RSSI layihənin həyata keçirilməsi üçün Qdansk limanı ilə müqavilə imzalayıb.
“Nəhayət, bizdə taxıl terminalı olacaq”, - kənd təsərrüfatı naziri elan edib.
QAZİLER.AZ