Fələstinin HƏMAS hərəkatı İsrail ərazisindən qaçırdığı beş Almaniya vətəndaşını girov saxlayır.
Qaziler.az bildirir ki, bu barədə ZDF telekanalı öz mənbələrinə istinadən xəbər verir.
Telekanalın məlumatına görə, HƏMAS-ın hücumu nəticəsində 22 yaşlı alman tələbə həlak olub.
"Ən azı beş Almaniya vətəndaşının terrorçular tərəfindən girov götürüldüyü və HƏMAS-ın hakimiyyəti altında olduğu bildirilir. Ölənlər arasında 22 yaşlı alman tələbə də var”, - ZDF qeyd edib.
QAZİLER.AZ