Rusiyada Daxili İşlər Nazirliyinin daxili xidmətinin leytenant rütbəli informasiya texnologiyaları mühəndisi işləyərkən təqdim etdiyi saxta ali təhsil diplomuna görə üç ildən sonra işdən çıxarılıb.
Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, hazırda 40 yaşlı kişi ilə bağlı araşdırma aparılır.
Xidmətdə çalışan həmkarların diqqətini Rusiya Dövlət Ədliyyə Universitetinin buraxılış diplomunun üzərindəki şübhəli keyfiyyət möhürü cəlb edib. Eyni zamanda universitetin məzunu bütün sənədlərin həqiqətən ona məxsus olduğunu iddia edib. Lakin sorğu-sualdan sonra məlum olub ki, leytenant bu təhsil ocağına yazılmayıb. Sənəd saxtakarlığında şübhəli bilinən şəxs 2010-cu ildən polis şöbəsində xidmət edirmiş.
QAZİLER.AZ