Finlandiya prezidenti sızma baş verən qaz kəməri ilə bağlı danışıb

Finlandiya prezidenti sızma baş verən qaz kəməri ilə bağlı danışıb backend

Finlandiya prezidenti Sauli Niinistö “Balticconnector” qaz kəmərinin kənardan zədələnə biləcəyini irəli sürüb.

Qaziler.az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, hazırda baş verənlərin səbəbləri aydınlaşdırılır.

“Çox güman ki, həm qaz kəmərinin, həm də telekommunikasiya kabelinin zədələnməsi xarici təsirlərin nəticəsidir. Zərərin səbəbi hələ aydın deyil”, - Niiniste deyib.

Eyni zamanda, ölkənin baş nazir Petteri Orpo qeyd edib ki, sahil və sərhədçilər qaz kəmərində sızma aşkar ediblər, zərər Finlandiyanın iqtisadi zonasında olub.

QAZİLER.AZ

Diaspora