HƏMAS-ın hücumu nəticəsində ölən İsrail vətəndaşlarının sayı 1008 nəfərə çatıb.
“Report” CNN-ə istinadən xəbər verir ki, bu barədə İsrailin ABŞ-dəkı səfirliyi məlumat yayıb.
Hücum nəticəsində yaralananların sayının isə 3418 nəfərə çatdığı qeyd olunub.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.