Vladimir Zelenskinin oktyabrın 10-da Rumıniyaya rəsmi səfəri başa çatır. Səfər çərçivəsində Zelenskinin Rumıniya parlamentində çıxış edəcəyi gözlənilirdi, lakin çıxış ləğv edilib.
Qaziler.az bildirir ki, rumıniyalı jurnalistlərin məlumatına görə, Zelenskinin çıxışı bəzi deputatların müqavimətinə görə ləğv edilib. Jurnalistlər belə bir qərarın “rusiyayönümlü” deputatların Zelenskinin çıxışını pozmaq cəhdlərinə görə verilə biləcəyini ehtimal edirlər.
QAZİLER.AZ