Böyük Britaniya sakini möcüzəvi şəkildə gürzə dişləməsindən sağ qalıb.
Qaziler.az bildirir ki, bu barədə Daily Star xəbər verir.
Qərbi Susseks ştatının Uortinq şəhərindən olan 62 yaşlı Deyv Kreyker motosikletlə Fransa, İspaniya və Portuqaliya ərazilərini gəzərkən ilan hücumundan sağ çıxıb. Evə qayıtdıqdan bir neçə həftə sonra kişinin sağ ayağı şişib. Kreyker xəstəxanaya gedib və həkimlər güman ediblər ki, kimsə onu dişləyib.
Bir neçə gündən sonra Kreyker motosikletindən xoşagəlməz qoxu gəldiyini hiss edib. O, motosikleti sökərək yanacaq çəninin yanında zəhərli ilan tapıb. O. Portuqaliyadan evə getmək üçün motosikletinə minəndə sürünənləri əzdiyini düşünüb. Motosikletçi iddia edir ki, şalvarının qalın parçasından dişləməni hiss etməyib.
Kreyker yenidən həkimə müraciət edib və ona antidot verilib, bu da onun vəziyyətini stabilləşdirib. Zəhərli ilan sancdıqdan sonra kişinin sağ qalması və ayağını itirməməsi həkimləri təəccübləndirib. Motosikletçini hansı sürünənin dişlədiyi məlum deyil.
Mütəxəssislər bunun gürzə növü olduğunu ehtimal edir.
QAZİLER.AZ