Ankara Jandarma Komandanlığı qrupları 13-cü əsrə aid olduğu düşünülən ivrit dilində olan 3 qızıl vərəqli kitabı müsadirə edib.
Qaziler.az bildirir ki, Vilayət Jandarma Komandanlığından verilən məlumata görə, Kahramankazan rayonunda aparılan kəşfiyyat işləri nəticəsində oktyabrın 6-da sözügedən tarixi əsərlər üçün 4 nəfərin müştəri axtardığı öyrənilib.
Kahramankazan Respublika Prokurorluğunun koordinasiyasında həyata keçirilən əməliyyatda şübhəlilərdən 13-cü əsrə aid olduğu güman edilən yəhudiliyə aid 3 ivritcə əlyazması müsadirə olunub.
Təxminən 20 milyon lirə dəyərində qızıl vərəqli kitablar müsadirə edilib, 4 şübhəli haqqında məhkəmə prosesi başlanıb.
QAZİLER.AZ