Şolts Ukraynanın NATO-ya dəvət edilməsinə qarşı çıxıb

Şolts Ukraynanın NATO-ya dəvət edilməsinə qarşı çıxıb backend

Almaniya kansleri Olaf Şolts ABŞ prezidenti Co Baydenə deyib ki, o, Ukraynanın NATO-ya üzv olmaq üçün birbaşa dəvətinə qarşıdır.

Qaziler.az bildirir ki, bu barədə “The New Yorker” dörd mənbəyə istinadən yazır.

Şolts bu məsələ ilə bağlı Vilnüsdə Şimali Atlantika Alyansının yay sammitindən əvvəl çıxış edib. “Şolts açıq şəkildə bildirdi ki, o, qəti şəkildə Ukraynanın NATO-ya daxil olması üçün konkret “dəvət”i ehtiva edən kommünikeyə qarşıdır”, - nəşr yazır. Jurnalistlər hesab edirlər ki, Almaniya kanslerinin mövqeyi NATO sammitinin yekun kommünikesinin məzmunu ilə bağlı bütün danışıqları poza bilər.

Şolts onu da əlavə edib ki, Kiyevin alyansa üzvlüklə bağlı fəaliyyət planının yerinə yetirilməsi şərtlərini ləğv etməsini yanlış hesab edir.

QAZİLER,AZ

Diaspora