Oktyabrın 9-da axşam saatlarında Slovakiyanın şərq hissəsində zəlzələ baş verib.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, zəlzələ Ukraynanın qərb vilayətlərində hiss olunub.
Bu barədə ABŞ Geoloji Xidməti, Transkarpat Regional Administrasiyasının rəhbəri Viktor Mikita və Lvov meri Andrey Sadovoy Telegram-da məlumat verib.
Geoloji Xidmətin məlumatına görə, Slovakiyanın şərqindəki Preşov şəhəri yaxınlığında 5,0 bal gücündə zəlzələ baş verib.
Viktor Mikita bildirib ki, Zakarpatiyada maqnitudası 4,5-ə çatan zəlzələ baş verib. Yeraltı təkanlar demək olar ki, bütün bölgədə hiss olunub.
Qurum rəsmisi aydınlaşdırıb ki, xilasedicilər infrastruktura və yaşayış məntəqələrinə mümkün zərərin olub-olmamasını yoxlayır. Bu, artıq Karpat dağ silsiləsində baş verən üçüncü zəlzələdir.
Öz növbəsində Andrey Sadovoy bildirib ki, Lvov sakinləri də 21:35 radələrində zəlzələyə bənzər kiçik təkanlar barədə məlumat veriblər.
QAZİLER.AZ