HƏMAS girovları edam edəcəyi ilə hədələyir

HƏMAS girovları edam edəcəyi ilə hədələyir backend

İsrailə gözlənilməz şəkildə hücum edən HƏMAS təşkilatı xəbərdarlıq yayıb.

Bildirilib ki, əgər İsrail tərəfi yaşayış binalarına hücum etsə, o zaman girovlar edam ediləcək.

Girovların öldürülməsi audio və video vasitələrlə yayımlanacaq.

Xatırladaq ki, oktyabrın 7-də baş verən hücum nəticəsində yaraqlılar tərəfindən girov götürülən israillilərin və digər ölkə vətəndaşlarının sayı məlum deyil. HƏMAS nümayəndələrinin bir sıra bəyanatlarına görə, təxminən 130 nəfər əsir götürülə bilər.

KİV-in məlumatına görə isə Qəzza zolağına zorla aparılan israillilərin və əcnəbilərin sayı bir neçə yüzə çata bilər.(oxu.az)

Mənbə: mk.ru

Diaspora