İsrail-Həməs qarşıdurması Fransada yaşayan ərəblərlə yəhudiləri üz-üzə qoyub.
Qaziler.az bildirir ki, bu barədə politoloq Elxan Şahinoğlu feysbuk səhifəsində yazıb.
"Fransanın baş dərddədir. İsrail-Həməs qarşıdurması Fransada yaşayan ərəblərlə yəhudiləri üz-üzə qoyub. Fransada 7 milyona yaxın ərəblə yanaşı Avropada ən böyük 500 minlik yəhudi diasporu mövcuddur. Fransada son günlər sinaqoqların divarlarına antisemit yazılar artıb. Yəhudilər Fransada hücuma məruz qalacaqlarından narahatdırlar. Ermənilərin dərdini çəkən Fransa yaxın müddətdə ölkədəki yəhudilərlə ərəbləri bir-birindən necə ayıracağını düşünmək məcburiyyətindədir", - politoloq yazıb.
QAZİLER.AZ.