Ruslar Tavriya istiqamətində aktivliyi niyə azaldıblar?

Ruslar Tavriya istiqamətində aktivliyi niyə azaldıblar? backend

Əlverişsiz hava şəraiti ilə əlaqədar rusiyalı hərbçilər Tavriya istiqamətində daha az təyyarədən istifadə edir. Onların maddi-texniki təminatı çətinləşib.

Qaziler.az bildirir ki, bu barədə “RBC-Ukrayna”Tavriya Müdafiə Qüvvələrinin birgə mətbuat mərkəzinin spikeri Aleksandr Ştupuna istinadən məlumat yayıb.

Onun sözlərinə görə, artıq ikinci gündür ki, Rusiya aviasiyasının və artilleriyasının fəaliyyəti azalır. Belə ki, son 24 saat ərzində işğalçılar 8 hava zərbəsi endirib, 455 hücum həyata keçirib.

Eyni zamanda, işğalçılar Avdeevka və Maryinski istiqamətlərində hücum əməliyyatlarını davam etdirirlər, burada Avdeevka, Novomixalovka və Maryinka ərazilərində 15-ə yaxın uğursuz hücum həyata keçiriblər.

Ümumilikdə, Tavriya istiqamətində bir gündə 18 hərbi toqquşma qeydə alınıb. Ukrayna hərbçiləri Melitopol istiqamətində hücum əməliyyatını davam etdirir. Verbovoydan qərbdə daha bir uğura imza atlblar.

Şputun əlavə edib ki, ruslar əlverişsiz hava şəraitinə və görmə məsafəsinin pis olması səbəbindən aviasiyadan daha az istifadə edirlər.

"İndi günəş çıxdı, düşmən yenidən aktivləşə bilər" , - deyə o, bildirib.

QAZİLER.AZ

 

Diaspora