Rusiya hakimiyyəti hərbi münaqişə ilə əlaqədar həmvətənlərinin İsraildən təxliyəsinə kömək etməyə hazırdır.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ərəb Dövlətləri Liqasının baş katibi Əhməd Əbu əl-Qeyt ilə görüşdə bildirib. O bildirib ki, hazırda İsraildə çoxlu sayda Rusiya vətəndaşı yaşayır və hökumət onların taleyindən narahatdır.
“İsraildə çoxlu sayda soydaşımız yaşayır. Biz hazırkı vəziyyətdə onların taleyindən narahatıq və onların arasında köməyə ehtiyacı olan insanların olub-olmadığını öyrənmək üçün hər şey edirik. Biz Rusiyaya getmək istəyənləri təxliyə etməyə hazırıq”, - Lavrov bildirib.
QAZİLER.AZ