İsrail kəşfiyyatı HƏMAS-ın hücumuna gec reaksiya verib. Çünki Fələstin yaraqlıları Qərb və qərbyönlü kəşfiyyat agentliklərinin dinləməkdə çətinlik çəkdiyi “Huawei” telefonlarından istifadə ediblər.
Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bu barədə “Al Bawaba” məlumat yayıb.
Nəşr yazır ki, fələstinlilərin “Huawei” cihazlarından istifadə etməsi, İsrail kəşfiyyatının uğursuzluğunu sosial şəbəkələrdə izah edən dominant nəzəriyyələrdən biridir.
“Görünür, HƏMAS liderləri Qərb kəşfiyyat agentliklərinin telefon dinləmələrinin qarşısını almaq üçün həqiqətən “Huawei” smartfonlarından istifadə ediblər. İndi aydın olur ki, ABŞ niyə “Huawei”yə bu qədər nifrət edir. Məxfi məlumatları MKİ-yə sızdırmaq istəmirsinizsə, sadəcə “Huawei” smartfonu alın!” – DaiWW ləqəbli istifadəçi “X”-də (Twitter) yazıb.
Bu istifadəçinin nəzəriyyəsini daha sonra keçmiş Əl-Qaidə üzvü, sonra isə Mİ6 agenti Amen Dean təsdiqləyib. Onun sözlərinə görə, HƏMAS liderləri və yaraqlıları əslində əsasən Huawei planşet və smartfonlarından istifadə edirlər.
QAZİLER.AZ