Rusiyanın komediya aktyoru Maksim Qalkin Alla Puqaçova ilə bu çətin günlərdə İsraili tərk etmək fikrində olmadığını bildirib.
Qaziler.az xəbər verir ki, bu barədə rusiyalı aktyor “İnstaqram” səhifəsində paylaşım edib.
Sənətçi əlində silah İsraili müdafiə etməyə hazır olduğunu, lakin hələlik maddi yardım edəcəyini və qan verəcəyini qeyd edib. O, vahid və vətənpərvər hesab etdiyi İsrail xalqının bir hissəsi olmaqdan qürur duyduğunu vurğulayıb. Qalkin paylaşımına şərhlərdə iyrənc sözlər yazan sosial şəbəkə istifadəçilərini qəddar və cahil insanlar adlandırıb.
Qeyd edək ki, Maksim Qalkinin adı Rusiya Federasiyası Ədliyyə Nazirliyi tərəfindən xarici agentlər siyahısındadır.
QAZİLER.AZ