İsrailin mərkəzində hava hücumu siqnalları işə salınıb.
Bu barədə İsrailin ordu rəhbərliyindən bildirilib.
Qeyd olunub ki, əhaliyə mümkün raket hücumları barədə xəbərdarlıq edilib.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 700-dən çox adam ölüb, 2 315 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.
Report.az