Rusiyanın baş ravvini rəqs etdikdən sonra xəstəxanalıq olub

Rusiyanın baş ravvini rəqs etdikdən sonra xəstəxanalıq olub backend

Rusiyanın baş ravvini Berl Lazar beyin silkələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Qaziler.az xəbər verir ki, bu barədə onun mətbuat xidmətinin rəhbəri Boris Qorux “NEWS.ru”ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, ravvin Marina Roşçadakı sinaqoqda Simçat Tövrat bayramında rəqs edərkən xəsarət alıb. O qeyd edib ki, Lazarın vəziyyəti qənaətbəxşdir, indi onun istirahətə ehtiyacı var.

“Səhər ikinin yarısına qədər rəqs etdi, 3-ün yarısında yıxıldı. İndi ravvin Lazar xəstəxanadadır, bütün müayinələrdən keçib. Onun sürüşüb və ya rəqqasələrdən biri ilə toqquşub yıxıldığını bilmirəm. Heç nəyi yoxdur, həkimlər onun istirahətə ehtiyacı olduğunu deyirlər. Bütün proqnozlar müsbətdir”, - deyə Qorux bildirib.

QAZİLER.AZ

Diaspora