Zabaykal diyarının sakinləri Nerçinsko-Zavodski rayonunun Oloçi kəndində mal-qaranın kütləvi şəkildə tələf olması ilə bağlı prokurorluğa şikayət ediblər.
Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, region prokurorunun böyük köməkçisi Yevgeni Sinelnikov yerli sayta açıqlamasında məsələ ilə bağlı quruma müraciət edildiyini təsdiqləyib.
Yerli sakinlər əmindirlər ki, heyvanların tələf olması kənddə kolza və qarabaşaq yarması yetişdirən məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti ilə bağlıdır.
“Kolza sahələri kənddən təxminən 2 km aralıda yerləşir, burada əvvəllər mal-qara otarmaq üçün kənd təsərrüfatı otlaqları olub. Fəhlələr kəndimizə gəlir, əkin sahələrini şumlayır, kolza əkib emal edirlər”, - deyə müraciətdə bildirilir.
Sakin qeyd edib ki, işçilər kolza toxumunu kimyəvi maddələrlə yetişdirirlər. Kimyəvi maddələrin səpildiyi yerdən 100 metr aralıda yerləşən məktəbdə zəhərli maddələr torpağa və qrunt sularına daxil olmaqla yanaşı, şagirdlərə də ziyan vurur. Nəticədə, Oloçida sentyabrın 15-dən bəri 30-a yaxın heyvan tələf olub.
QAZİLER.AZ