Fələstinin radikal HƏMAS hərəkatının yəhudi dövlətinin ərazisinə hücumu nəticəsində İsrail Müdafiə Qüvvələrinin azı 44 hərbçisi həlak olub.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, bu barədə ordunun sözçüsü Avixay Adrai “Əl Ərəbiyyə” telekanalına müsahibəsində bildirib.
“İsrail ordusu indiyədək silahlılarla şiddətli toqquşmalarda əsgər və zabitlər də daxil olmaqla 44 hərbçisini itirib”, - Adrai deyib.
O, İsrail qüvvələrinin HƏMAS-ın yüzlərlə tərəfdarını zərərsizləşdirdiyini qeyd edib. HƏMAS yaraqlılarının hücumu nəticəsində ölən İsrail vətəndaşlarının ümumi sayı 700 nəfərə çatıb. Hücum zamanı 2,2 mindən çox israilli xəsarət alıb.