Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrel Fələstini İsraillə münaqişənin həllinə kömək etməyə çağırıb.
QAZİLER.AZ APA-ya istinadən verdiyi məlumatına görə, bu barədə Borrelin X (keçmiş Twitter) sosial şəbəkəsindəki mesajında deyilir.
“Mən Fələstinin Baş naziri Məhəmməd Ştayyeyə dedim ki, hərbi əməliyyatların dərhal dayandırılmasına kömək etsin” – Borrel deyib.
Aİ-nin xarici siyasət xidmətinin rəhbəri İsrailin xarici işlər naziri Eli Koenlə söhbətində “zorakılıq və terroru pislədiyini” bildirib.