İsrailə hücum edən yaraqlıların briqada generalı Nimrod Aloni əsir götürdüyü bildirilir.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, bu barədə teleqram kanallarında məlumat yayılıb.
Bildirilir ki, yaraqlılar generalı təhqir ediblər. Onu yarıçılpaq soyunduraraq küçədə gəzdiriblər.
Məlumatı Həmasa bağlı mənbələr də təsdiq edib.
Xatırladaq ki, HƏMAS-ın hücumu ilə əlaqədar bütün İsrail ərazisində fövqəladə vəziyyət rejimi tətbiq edilib və İsrail Silahlı Qüvvələri antiterror əməliyyatı keçirir.