Əfqanıstanın qərbindəki Herat əyalətində 5,5 və 6,2 bal gücündə iki ardıcıl zəlzələ baş verib.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) tərəfindən edilən açıqlamada, Heratda yerli vaxtla saat 11:00 radələrində 8 dəqiqə ara ilə 5,5 və 6,2 bal gücündə iki zəlzələnin baş verdiyi bildirilib.
Açıqlamada 5,5 və 6,2 bal gücündə baş verən zəlzələlərin episentrinin Heratın Zinda Can mahalının mərkəzinə müvafiq olaraq 29 və 35 kilometr uzaqlıqda olduğu, yeraltı təkanların isə yerin 11,4 və 10 kilometr dərinliyində meydana gəldiyi bildirilib.
Zəlzələlərdən sonra iki afterşokun qeydə alındığı qeyd olunub.