ABŞ Prezidenti Co Baydenin oğlu Hunter, bacısının təhsili üçün ayırılan 20 min dolları alkoqol, narkotik və fahişələrə xərcləyib.
QAZİLER. AZ Lent.az-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” qəzeti məlumat yayıb.
Nəşr Hunter və onun şəxsi bankirləri arasında yazışmalara istinad edir.
Hunter Baydenin noutbukundan gələn elektron poçtlara və mesajlara görə, vəsaitlər "Porsche" krediti, kamera xidməti abunələri və "digər şəxsi xərclərin" ödənilməsinə yönəldilib.